Azərbaycan futbolu

“Neftçi”nin yetirməsi “Araz-Naxçıvan”da – Rəsmi

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Aut.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi Ömər Buludovla anlaşıb. “Neftçi”nin yetirməsi olan cinah müdafiəçisi qarşıdakı 1 il ərzində “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq.

26 yaşlı futbolçu 2017-ci ildən cari mövsümün sonuna qədər “Neftçi”nin heyətində yer alıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” bu gün Urfan Abbasov və Ülvü İsgəndərovla müqavilə imzalayıb.