Tennis

WTA-nın Səudiyyə Ərəbistanından nə qədər pul alacağı bəlli oldu

Bir həftə əvvəl WTA və Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu (PIF) arasında tərəfdaşlıq müqaviləsi bağlanmışdı.

Aut.az xəbər verir ki, müqavilə beş il müddətinə nəzərdə tutulub və assosiasiya 75 milyon dollar alacaq. Bu barədə jurnalist Jon Vertheim məlumat yayıb.

Qeyd edək ki, PIF tarixdə WTA reytinqinin ilk titul tərəfdaşı olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad 2024-2026-cı illərdə WTA Finals turnirinin növbəti üç buraxılışına ev sahibliyi edəcək.

Aut.az