Karyerasını nə vaxt bitirəcək? – Atası açıqladı
Dünya reytinqində ikinci yerdə olan məşhur tennisçisi Novak Cokoviçin karyerasını nə vaxt bitirəcəyi bəlli olub.
Aut.az xəbər verir ki, bu barədə onun atası Srcan Cokovic məlumat verib.
“Ümidlərimə gəlincə, deyərdim ki, o, onları yeddi-səkkiz il əvvəl doğruldub. Sonrakı hər şey inanılmaz bir bonusdur. Tennis onun tam həyatı deyil, yalnız bir hissəsidir.
Ona görə də ümid edirəm ki, karyerasını bitirdikdən sonra da, kortdan kənarda qələbələr qazanacaq. Tennisdən nə vaxt ayrılacaq? Ümid edirəm ki, bu, gələn il baş verəcək”, – Srcan bildirib.
