“Böyük üçlük”dən ikisini qabaqladı
İspaniyalı tennisçi Karlos Alkaras Pekində keçirilən turnirin 1/8 finalında holland Tallon Qrixporu (6:1, 6:2) məğlub edib.
Aut.az xəbər verir ki, onun üçün bu qələbə əsas tur səviyyəsində sayca 200-cü olub. Matç zamanı onun 21 yaş 4 ay 24 günlük olub.
Serb Novak Cokoviç bu həddə 21 yaş 9 ayda, isveçrəli Rocer Federer isə 21 yaş 10 ayda çatıb.
“Böyük üçlük”dən yalnız ispaniyalı Rafael Nadal Alkarazdan tez 200 matçda qalib gəlib – 20 il 10 aylığında.
Aut.az
