Tennis

Risk etdi: Nüfuzlu turnirə 1 həftə qalmış əməliyyat olunacaq

Belindəki zədədən əziyyət çəkən britaniyalı tennisçi Endi Murrey bu gün əməliyyat olunacaq.

Aut.az xəbər verir ki, 37 yaşlı raketka ustası bununla vətənində keçiriləcək nüfuzlu “Uimbldon” turnirində iştirak etmək şansını itirə bilər. Ancaq Murrey 1 həftə vaxt qalmasına rəğmən hələ bu barədə düşünmür. O, həkimlərin rəyini gözləyəcək.

“Uimbldon” turniri bu il iyulun 1-dən 14-ə kimi ənənəvi olaraq Londonda keçiriləcək.

Aut.az