Tennis

Cokoviçdən yeni rekord

38 yaşlı serbiyalı tennisçi Novak Cokoviç Şanxaydakı Masters turnirində yarımfinala çıxaraq tarixdə ən yaşlı yarımfinalçı olub.

Aut.az xəbər verir ki, o, 1/4 finalda belçikalı Zizou Bergsi (44) 6:3, 7:5 hesabı ilə məğlub edib.

Oyun 1 saat 52 dəqiqə davam edib. İkinci setin sonları xüsusilə gərgin keçib. Cokoviç matç servisini ikinci cəhdində və üçüncü “match-point”də qazana bilib.

Aut.az