Tennis

Gürcü ərəblərdən küsdü: Bir daha bura qayıtmayacağam

Gürcüstanlı tennisçi Nikoloz Basilaşvili sosial şəbəkədə Qətərin paytaxtı Dohada keçirilən ATP-500 turnirinin rəhbərlərini tənqid edən paylaşım edib.

Aut.az xəbər verir ki, hazırda dünya reytinqində 148-ci pillədə qərarlaşan 32 yaşlı tennisçi 2021-ci ildə turnirin qalibi olub və bir il sonra finala yüksəlib, lakin 2025-ci ilin seçmə mərhələsi üçün ona “wild card” verilməyib.

“2021-ci ildə titul qazanmağıma və 2022-ci ildə finala yüksəlməyimə baxmayaraq, Dohadakı turnir üçün hətta vəsiqə üçün də “wild card” almadığımı bölüşməkdən məyus oldum.

Heç nəyin mənə asan gəlmədiyinə öyrəşmişdim. Ancaq bu vəziyyətdə bu təhqiramizdir. Mən başa düşürəm ki, pul və sponsorlar önəmlidir, amma sağlam düşüncə hər şeydən əvvəl gəlir.

Qətər, sən mənə sonsuza qədər mənimlə qalacaq inanılmaz anlar və xatirələr bəxş etdin. Amma söz verirəm ki, heç vaxt bura peşəkar səviyyədə oynamaq üçün qayıtmayacağam”, – Basilaşvili sosial şəbəkədə yazıb.

Aut.az