Cokoviç söz verdi: Bu ölkəyə pulsuz ekspert yardımı göstərəcək
Dünyanın ikinci raketka ustası, serb tennisçi Novak Cokoviç Monteneqroda idmana sistemli dəstək yaradılmasında pulsuz ekspert yardımı göstərməyə hazır olduğunu bildirib.
Aut.az xəbər verir ki, bu barədə Monteneqronun baş naziri Milojko Spajiç bildirib.
“Novak idmana dəstək sisteminin yaradılmasında bizə pulsuz ekspert yardımı göstərməyə hazırdır. Yeni hüquqi həllər hazırlamaqla, nəhayət, gənclərimizə lazımi dəstək vermək və idmançılara idmanla məşğul olmaq üçün optimal şərait yaratmaq istəyirik. 2028-ci il Olimpiya Oyunlarını daha hazırlıqlı qarşılayacağıq”, – Spajiç sosial şəbəkələrdə yazıb.
Yada salaq ki, 2024-cü il Olimpiadasında Cokoviç karyerasında ilk dəfə olimpiya çempionu olub, finalda ispaniyalı Karlos Alkaraza qalib gəlib.
Aut.az
