Azərbaycan futbolu

“Neftçi” bu legionerin transferini həll etdi – FOTOFAKT

“Neftçi” heyətə yeni futbolçu cəlb edib.

Autz-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” baş məşqçi Adrian Mutunun istəyi ilə ÇFR-dən Yuri Matiası heyətə qatıb. Futbolçu hazırda Moskvada olan paytaxt təmsilçisinin düşərgəsindədir.

28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Ona görə Kluj təmsilçisinə 400 min avro ödəniş edilib.

Braziliyalının iyulun 18-də keçiriləcək “Spartak”la (Moskva) ilə oyunda meydanda olacağı gözlənilir.

"Neftçi" bu legionerin transferini həll etdi - FOTOFAKT

"Neftçi" bu legionerin transferini həll etdi - FOTOFAKT