Azərbaycan futbolu

“Sumqayıt” Bolqarıstandan eston gətirdi

“Sumqayıt” bu yay ilk əcnəbi futbolçu keçidini reallaşdırıb.

Aut.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi son mövsümü Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubunda keçirmiş estoniyalı hücumçu Erik Sorqa ilə 1+1 illik müqavilə imzalayıb.

Erik Sorqa karyerası ərzində Estoniyanın “Legion”, “Flora”, ABŞ-ın “Loudoun Yunayted”, “Di Si Yunayted”, Niderlandın “Venlo”, İsveçin “Höteborq” və Bolqarıstanın “Lokomotiv” klublarının şərəfini qoruyub. 24 yaşlı hücumçu Estoniyanın U-16, U-17, U-19, U-21 və əsas yığma komandalarına da cəlb olunub.