Dünya futbolu

Neymardan onun saç düzümünə reaksiya: Aman Allahım… – FOTO

PSJ-nin super ulduzu Neymar Kazemironun yeni saç düzümünə reaksiya verib.

Aut.az xəbər verir ki, Kazemiro “Mançester Yunayted”in  məşqlərinə yeni saç düzümü ilə qoşulub. Yarımmüdafiəçi saçını qısa kəsdirib və fotosunu sosial şəbəkədə yayımlayıb.

Neymar bu paylaşıma belə reaksiya verib: “Aman Allahım… Mən səni sevirəm Kaze”.

Kazemiro 2022-ci ilin yayında “Real”dan “Mançester Yunayted”ə keçib. O, “qırmızı şeytanlar”ın heyətində 51 oyuna çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.

Neymardan onun saç düzümünə reaksiya: Aman Allahım... – FOTO