Dünya futbolu

Həbsə düşən futbolçu: Qəribə təcrübədir, təkrarlanmasını istəməzdim

Belçika millisinin, “İnter”in və “Roma”nın məşhur sabiq futbolçusu Radxa Nainqqolan narkotik qaçaqmalçılığına görə həbsxanada keçirdiyi vaxtlardan danışıb.

Yanvarın 27-də Belçika hüquq-mühafizə orqanlarının əməkdaşları 36 yaşlı idmançını narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilərək saxlamışdı.

“Həbsxana çox qəribə bir təcrübə idi və heç vaxt təkrarlamaq istəməzdim. Adınızın palçıqda sürüklənməsini görmək, məni narkotik alverçisi kimi göstərmək xoşagəlməzdir… Mən əminəm ki, heç bir günahım yoxdur”, – RTBF Nainqqolanın sözlərini sitat gətirib.

Aut.az