Dünya futbolu

Ölkə prezidentidən qeyri-adi açıqlama: Onları milliyə çağırmaq lazım deyil

Braziliya prezidenti Luiz İnasio Lula da Silva futbol üzrə milli komandanın formalaşdırılması ilə bağlı qeyri-adi təkliflə çıxış edib.

Aut.az xəbər verir ki, siyasətçinin fikrincə, heyət Avropada və ya Səudiyyə Ərəbistanında deyil, öz vətənində oynayan futbolçulardan ibarət olmalıdır. Braziliya prezidenti bu barədə 2026-cı il dünya çempionatının seçmə mərhələsində Çilini məğlub etdikdən (2:1) sonra danışıb. Bu görüşdə hər iki qolu “Botafoqo”nun heyətində ölkə çempionatında çıxış edən futbolçular vurub.

“Xaricdə oynayanlar burada oynayanlardan üstün deyil. “Qonaqlara” deyil, yerli oyunçulara imkan vermək lazımdır. Mən yalnız qapıçını (red – “Mançester Siti”dən Ederson), PSJ-nin futbolçusunu (red – Markinyoş), Rodriqonu (red – “Real”) və Rafinyanı (red – “Barselona”) tanıdım. Braziliya çempionatından kənarda nə Qarrinça var, nə də Romario”.

Aut.az