İspaniyaAlmaniya

Kroos məşqçilik karyerasına başlayacaq?

“Real”ın keçmiş yarımmüdafiəçisi Toni Kroos UEFA-nın B kateqoriyalı futbol kursuna yazılıb.

Aut.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.

Sabiq yarımmüdafiəçi hələ məşqçi olmaq istəyib-istəmədiyindən əmin deyil. Lakin Kroos təhsil aldığı müddətdə bu peşə ilə maraqlanarsa, peşəkar təlim keçmək qərarına gələcək. Kurslar “Real”ın dəstəyi ilə keçirilir.

Toni Almaniyanın Avro-2024-də 1/4 finalda mübarizəni dayandırmasından sonra karyerasını başa vurduğunu açıqlayıb. Kroos 2014-2024-cü illərdə “Real Madrid”də çıxış edib.

Aut.az