Dünya futbolu

O da karyerasını başa vurduğunu açıqladı

“Liverpul”un sabiq futbolçusu Joel Matip karyerasını bitirib.

Aut.az xəbər verir ki, bu barədə “qırmızılar”ın mətbuat xidməti açıqlama yayıb.

33 yaşlı kamerunlu ötən yay klubda 8 ildən sonra “Liverpul”dan ayrılıb. O, bu müddət ərzində 201 oyuna çıxıb, 11 qol vurub. “Qırmızılar”ın heyətində mərkəz müdafiəçisi İngiltərə çempionu olub, İngiltərə Kubokunu və Çempionlar Liqasını qazanıb.

Matip Almaniyada “Şalke”də çıxış edib və burada 258 oyun keçirib (23 qol). O, Kamerun millisində 27 oyun (1 qol) keçirib və iki dünya çempionatında çıxış edib.

Aut.az