İspaniya

“Real” onu satmağa razıdır: Qiymət kəsdilər

“Real” fransız yarımmüdafiəçisi Aurelien Tuçamenini satmağa hazırdır.

Aut.az xəbər verir ki, bu barədə İspaniyanın “Fichajes.net” nəşri xəbər məlumat yayıb.

Mənbənin məlumatına görə, “kral klubu” 24 yaşlı futbolçunu təxminən 80 milyon avroya sata bilər.

“Real” rəhbərliyi bu oyunçusunu yüksək qiymətləndirir, lakin inanırlar ki, onu satmaqla xeyli pul əldə edəcəklər ki, bu da  komandanı daha da gücləndirmək üçün istifadə oluna bilər.

2024/25 mövsümündə Aurelien klub səviyyəsində 9 oyun keçirib.

Aut.az