“Real” ÇL-in ilk oyunu üçün heyəti açıqlandı: Bellingem oynayacaq?
“Real”ın Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunun “Ştutqart”la ev oyunu üçün iştirak ərizəsi açıqlanıb.
Aut.az xəbər verir ki, 19 futbolçunun yer aldığı siyahıda zədə səbəbindən klubun son oyunlarını buraxan yarımmüdafiəçilər Cude Bellingem və Orelyen Çuameni də yer alıb.
Qeyd edək ki, “Real” – “Ştutqart” matçı sentyabrın 17-də Madriddə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Aut.az

