“Siti”nin iki ulduzu “Real”a təklif olundu
“Real Madrid” “Mançester Siti”nin mərkəz müdafiəçisi Yoşka Qvardiola üçün təklif alıb.
Aut.az xəbər verir ki, bu barədə As məlumat yayıb.
İspaniya nəhəngi müdafiə xəttini gücləndirməyə üstünlük verir.
Mənbənin məlumatına görə, hazırda “kral klubu” ilə “şəhərlilər” arasında xorvatiyalı futbolçunun transferi ilə bağlı heç bir danışıqlar aparılmayıb, lakin onun agentləri Madrid nəhənginə keçmək variantını araşdırırlar.
“Real Madrid”ə həmçinin “Mançester Siti”nin yarımmüdafiəçisi və kapitanı Bernardo Silva ilə müqavilə imzalamaq təklifi də edilib. Bernardo Silva bu yay klubdan azad agent kimi ayrılacaq. Portuqaliyalı oyunçunun karyerasını “Barselona”da davam etdirmək variantını rədd etdiyi vurğulanıb.
Aut.az
