İngiltərə

Çempionluq mübarizəsini dəyərləndirdi: belə düşünmək axmaqlıqdır

“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandanın “Mançester Yunayted”lə matçda (2:2) səhvini dəyərləndirib.

Aut.az xəbər verir ki, Klopp çempionluq uğrunda mübarizədən də danışıb.

“Yeganə vacib olan 38 turdan sonra nə baş verməsidir. Qulaq asın, həm jurnalistlər, həm də azarkeşlər deyə bilər ki, top fərqimizi yaxşılaşdırmalıyıq, çünki “Arsenal”da bu daha yaxşıdır. Amma belə düşünmək axmaqlıqdır. Sadəcə hər matçda səkkiz qol vura bilməzsən. Biz olduğumuz kimiyik.

Və buna görə də biz titulu uğrunda yarışdayıq. Həmişə çətin olacağını bilirdim. Dünən gecəyə qədər cədvəldə birinci idik, indi “Arsenal” oradadır. 38-ci turdan sonra birinci yerdə olmaq istəyirik”, – deyə Klopp bildirib.

Aut.az