Rəsmi təsdiq yoxdur: Amma Səudiyyə Ərəbistanı DÇ-yə hazırlaşır
Səudiyyə Ərəbistanı 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün hazırlıqlara başlayıb.
Aut.az xəbər veririk, bu barədə ESPN məlumat yayıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı 2023-cü ilin oktyabrında ərizə verib və turnirin təşkilatçısı olmaq arzusunu bildirən yeganə ölkədir.
2034-cü ilin noyabr-dekabr aylarında keçirilməsi gözlənilən 48 komandanın iştirak edəcəyi turnirin keçiriləcəyi şəhər və stadionlar barədə hələlik dəqiq məlumat yoxdur.
FİFA-nın 2024-cü ilin sonuna qədər idarəedici orqanın 211 üzv federasiyanın rəqabətsiz səsverməsində Səudiyyə Ərəbistanını ev sahibi ölkə kimi təsdiq edəcəyi gözlənilir. Səsvermənin tarixi və yeri açıqlanmayıb.
Aut.az
