Başqa ölkədə yaşayacaq, məşqə vertolyotla gələcək – Qıza görə
“Əl-Nəsr”in 21 yaşlı kolumbiyalı hücumçusu Con Duran Bəhreyndə yaşayacaq və hər dəfə klubunun məşqinə təyyarə ilə gedəcək.
Aut.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Mənbənin sözlərinə görə, buna səbəb Səudiyyə Ərəbistanında evli olmayan cütlüklərə kirayə evlərin verilməsinin qadağan olmasıdır. Sevgilisindən ayrılmaq istəməyən Con Duran Bəhreyndə ev kirayələmək qərarına gəlib.
Onun yaşadığı yerlə klubun təlim-məşq bazası arasındakı məsafə 480 kilometrdir. Uçuş 1 saat 20 dəqiqə çəkir.
Duran artıq Bəhreyndə yaşamaq niyyəti barədə klub rəhbərliyinə məlumat verib.
Klub qeyd edib ki, bu qanundan yayınmaq olar. Yeri gəlmişkən, Kriştiano Ronaldo cütlüyün rəsmi nikahda olmamasına baxmayaraq, sevgilisi Corcina ilə Səudiyyə Ərəbistanının paytaxtında yaşayır.
Aut.az
