Azərbaycanlı iş adamının klubunda üsyan: Futbolçular boykota hazırlaşırlar
Azərbaycanlı iş adamı Tufan Sadıqova məxsus Rusiyanın “Ximki” klubunda maliyyə problemləri davam edir.
Aut.az xəbər verir ki, bu barədə “Match TV” məlumat yayıb.
Futbolçular və məşqçilər 2024-cü ilin noyabrından maaşlarını almayıblar. Buna görə də komanda daxilində narazılıqlar artır.
Sonuncu dəfə ödənişlər noyabrın birinci yarısında edilib və ondan sonra ancaq borcların ödənilməsi ilə bağlı vədlər olub. Bəzi əcnəbi futbolçular pulsuz qalmaq fikrində olmadığından ayrılmaq variantlarını artıq nəzərdən keçirirlər. FİFA-ya müraciət etmək istəyən oyunçular da var.
Futbolçular borclarının heç olmasa bir hissəsini ödənməyəcəyi halda, Türkiyədəki təlim-məşq toplanışında keçiriləcək yoldaşlıq oyunlarını boykot edə biləcəkləri də bildiriblər.
Qeyd edək ki, “Ximki” Rusiya Premyer Liqasının 18 turundan sonra 16 xalla 13-cü pillədə qərarlaşıb.
Aut.az
