Dünya futbolu

Haaland sosial şəbəkədə yazdı: Bağışlayın

Millətlər Liqasının B divizionunun 3-cü qrupunun 4-cü turunda Avstriya Norveçi qəbul edib və 5:1 hesabı ilə qalib gəlib.

 Aut.az xəbər verir ki, oyundan sonra norveçli hücumçu Erlinq Haaland sosial şəbəkələrdə pərəstişkarlarına müraciət edib:

“Bağışlayın. Mən tərəfdən çox pis haldır. Noyabrda 6 xal qazanmağa gedirik”, – deyə Erlinq yazıb.

Dörd turdan sonra Avstriya, Norveç və Sloveniya 7 xalla qrupda 1-3-cü yerləri bölüşürlər. Son pillədə isə 1 xalla Qazaxıstandır.

Aut.az