“Araz Naxçıvan”ın ev oyunlarını keçirəcəyi stadion
Premyer Liqada mübarizə aparacaq “Araz Naxçıvan”ın ev oyunlarını keçirəcəyi məkan dəqiqləşib.
Aut.az xəbər verir ki, Naxçıvan Muxtar Respublika stadionunda aparılacaq təmir işləri ilə əlaqədar komanda rəqiblərini oktyabr ayına qədər müvəqqəti olaraq Mərdəkandakı “Dalğa Arena”da qəbul edəcək.
2011-cu ildə istifadəyə verilən arenanın tutumu 6700 nəfərlik, meydanın örtüyü isə təbiidir.
