“Xəzər Lənkəran” qayıdır – RƏSMİ AÇIQLAMA
“”Xəzər Lənkəran”ın faəliyyətini bərpa etməsi istisna deyil. Bilirsiniz, Mübariz Mənsimov bunu hər zaman istəyib. Bu məsələ göstәrişdә әksini tapıb”.
Aut.az xəbər verir ki, bu sözləri Publika.az saytına açıqlamasında “Palmali”nin İstanbul ofisinin mətbuat katibi Fidan Quliyeva deyib.
Onun sözlərinə görə bu məsələ stadionun təmirindən sonra müzakirə ediləcək.
Quliyeva “Xəzər Lənkəran” Mərkəzi Stadionunda aparılacaq təmir işləri barədə də məlumat verib:
“Şirkәtin Bakı ofisinә bununla bağlı göstәriş verilib. Son hesablama işlәri aparılır, layihә-smeta dәyәri müәyyәnlәşdirilir. Mart ayında təmir işlərinə başlanacaq”.
