Azərbaycan futbolu

Millimiz yarımfinalda dayandı

Minifutbol üzrə Azərbaycan millisi BƏƏ-də keçirilən dünya çempionatında növbəti oyununu keçirib.

Aut.az xəbər verir ki, yarımfinala qədər uğurla irəliləyən komandamız bu mərhələdə Qazaxıstanla qarşılaşıb. Yığmamız uğurlu seriyanı davam etdirə bilməyib. Gərgin keçən qarşılaşmada qazaxlar qələbə qazanıb – 2:3.

Digər yarımfinal cütündə Rumıniya Macarıstanı üstələyib – 3:0.

Beləliklə, millimiz üçüncü yer uğrunda görüşdə macarlarla üz-üzə gələcək. Qarşılaşma saat 18:00-da başlayacaq.

Saat 20:00-da başlayacaq final görüşündə isə Rumıniya və Qazaxıstan qarşılaşacaq.