Mövsümün bitməsinə az qalmış qovuldu: Nə baş verir?
Formula 1 mövsümünün başa çatmasına üç tur qalmış yarış direktoru Nils Vittiş ilə yollarını ayırıb.
Aut.az xəbər verir k, Beynəlxalq Avtomobil Federasiyası (FIA) Las Veqas Qran Prisindən başlayaraq onun təqaüdə çıxdığını və yerinə Rui Markesin gəldiyini elan edib.
Vittiç mediaya açıqlamasında istefa vermədiyini bildirib. Mediada isə qovulmasına səbəb kimi onun FİA prezidenti Məhəmməd bin Sulayemlə fikir ayrılığı yaşadığı barədə xəbərlər yayımlanır.
Vittiç bu vəzifəni 2022-ci ildən tuturdu. O, əvvəllər Formula 2 və Formula 3 seriyalarının yarış direktoru vəzifəsində də çalışıb.
Aut.az
