Kərtənkələ trasa çıxdı: Formula 1-də qırmızı bayraq qaldırıldı – FOTO
Sinqapur Qran Prisində, “Marina Bay” trasında üçüncü Formula 1 məşqi zamanı insident yaşanıb.
Aut.az xəbər verir ki, trasda kərtənkələsi göründüyü üçün sərbəst məşq qırmızı bayraqlarla dayandırıldı. Bir müddət sonra kərtənkələ trasdan çıxarılıb və məşqlər davam edib.
“Ferrari”dən olan pilot Çarlz Lekler cümə günü keçirilən məşqdə birinci, “Maclaren”in britaniyalı pilotu Lando Norris isə ikinci yeri tutub.
Həmin gün keçirilən ikinci sərbəst məşqdə Norris və Leklerk yerlərini dəyişiblər. Karlos Sayns hər iki məşqi üçüncü yerdə başa vurub.
Çempionatın lideri Maks Ferstappen (“Red Bull”) ilk məşqi dördüncü, ikincini isə 15-ci yerdə başa vurub.

Aut.az
