Dünya futbolu

“Tottenhem” “Qarabağ”la oyundan öncə qalib gəldi

İngiltərə Premyer Liqasında 5-ci turun oyunları keçirilir.

Aut.az xəbər verir ki, Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Tottenhem” doğma meydanda “Brentford”u qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 7-yə yüksəldən “Tottenhem” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” “Tottenhem”lə 26 sentyabr tarixində Londonda üz-üzə gələcək.