Messi MLS-in tarixinə düşdü: İlkə imza atmaqla
“İnter Mayami”nin ulduz futbolçusu Lionel Messi MLS-də ilkə imza atıb.
Aut.az xəbər verir ki, argentinalı forvard buna müntəzən mövsümün “Nyu İnqland” ilə oyununda (6:2) nail olub.
Leo sözügedən görüşdə 58-ci dəqiqədə meydana çıxsa da, 3 qol və 1 məhsuldar ötürmə edib. O, MLS tarixində əvəzetmədən meydana çıxıb və bu göstəriciyə imza atan ilk oyunçu olub.
Aut.az
