Dünya futbolu

Faciəli şəkildə ölən Salanın agenti pulunu aldı – 5 il sonra

Futbol agenti Mark Makey 2019-cu ildə Emiliano Salanın “Kardif Siti”yə transferi üçün “Nant”dan 1,7 milyon avro komisyon alıb.

Aut.az xəbər verir ki, bu barədə “L’Équipe” məlumat yayıb.

Sala keçidi tamamlamaq üçün Nantdan Kardiffə gedərkən təyyarə qəzası nəticəsində faciəvi şəkildə həlak olub. Argentinalı səfərdən iki gün əvvəl Uels klubuna keçidini tamamlayan müqavilə imzalayıb. “Kardiff”  FİFA və CAS ilə bu müqavilənin qanuniliyinə etiraz etdi, lakin onların iddiaları rədd edildi və “Nant” sonda transfer pulunu aldı.

Bundan sonra agent də transferə görə ona çatacaq məbləği “Nant”dan tələb edib və istəyinə nail olub.

Aut.az