Dünyanın elit futbolçuları: Ronaldo yoxdur
Dünyanın elit futbolçularının siyahısı dərc edilib.
Aut.az xəbər verir ki, “Goal”-ın hazırladığı siyahıda 25 futbolçu yer alıb. Maraqlıdır ki, Kriştiano Ronaldoya o siyahıda yer olmayıb.
Sayt hər yay elit liqalarda “yaxşıların yaxşısı” olan oyunçuların siyahısını dərc edir. Seçim meyarı uzun müddət ərzində ulduz səviyyəsində sabit çıxışdır.
Siyahıya hər mövqedən ən azı üç (qapıçı, müdafiəçi, yarımmüdafiəçi, hücumçu), lakin hər kateqoriyada 9-dan çox olmayaraq futbolçu daxil edilir.
Qapıçılar: Alisson (Liverpul), Tibo Kurtua (Real Madrid), Ederson (Mançester Siti), Mayk Maynyan (Milan);
Müdafiəçilər: Ruben Dias (Mançester Siti), Əşrəf Hakimi (PSJ), Markinyos (PSJ), Vircil van Deyk (Liverpul);
Yarımmüdafiəçilər: Kazemiro (Mançester Yunayted), Kevin de Bruyne (Mançester Siti), İlkay Gündoğan (Barselona), Coşua Kimmix (Bavariya), Toni Kroos (Real Madrid), Luka Modriç (Real Madrid), Pedri (“Barselona”), Rodri (“Mançester Siti”), Bernardo Silva (“Mançester Siti”);
Hücumçular: Kərim Benzema (Əl İttihad), Erlinq Haaland (Mançester Siti), Harri Keyn (Tottenhem), Robert Levandovski (Barselona), Kilian Mbappe (PSJ), Lionel Messi (İnter Mayami), Məhəmməd Salah (Liverpul), Vinisius Junior (Real Madrid).
