Dünya futbolu

Palataya köçürüldü

PSJ-nin qapıçısı Serxio Riko reanimasiya şöbəsini tərk edib.

Aut.az xəbər verir ki, o, qəzadan sonra qəbul olunduğu Sevilyadakı Virgen del Rocio xəstəxanasında adi palatada müalicəsini davam etdirəcək.

Riko mayın 28-də at vurmasından sonra vertolyotla xəstəxanaya aparılıb. Mətbuatın yazdığına görə, qapıçıya beyin qanaması diaqnozu qoyulub.

“Diario AS”-ın məlumatına görə, futbolçunun həyat yoldaşı Alba Silva jurnalistlərə açıqlamasında Rikonun çərşənbə axşamı reanimasiyadan çıxdığını və ailə üzvlərinin artıq 24 saat onun yanında ola biləcəyini bildirib. Qapıçının xəstəxanadan nə vaxt çıxacağı ilə bağlı proqnozlar hələlik verilmir.

Aut.az