“Barsa”nın əfsanəsi UEFA turnirində şou göstərdi – VİDEO
“Barselona” və Xorvatiya millisinin əfsanəsi İvan Rakitiç UEFA Əfsanələr Turnirinin əsas qəhrəmanlarından birinə çevrilib.
Aut.az xəbər verir ki, amma o, bu dəfə ötürmələri və ya zərbələri ilə gündəmə gəlmətib.
Yarış zamanı Xorvatiya millisi Kafu, Luiş Fiqu və Roland Yohaş kimi futbol əfsanələrinin yer aldığı komanda ilə qarşılaşıb. Bir anda Rakitiç qapıda durmağa məcbur olub və bir-birinin ardınca seyv etməyə başlayıb.
Xorvatiyalı oyunçu nəinki yeni rolunu mənimsəyib, həm də komandasının əsl xilaskarına çevrilib. Onun möhtəşəm seyvləri sosial mediada tez bir zamanda yayılıb. Komandası isə turnirin finalına yüksəlib.
Həlledici matçda Rakitiçin komandası yenidən Kafunun komandası ilə qarşılaşıb və qələbə qazanaraq əfsanələr arasında nüfuzlu turnirin qalibi olub.
Yarışdan sonra “Barselona”nın keçmiş futbolçusu sosial mediada özünün qurtarışlarından bir neçəsini paylaşıb və zarafat edib:
“Belə bir performansdan sonra karyeramı dəyişmək barədə düşünürəm. Ehtiyatlı olun, qapıçılar! Və nifrət edənlər bunun süni intellekt olduğunu deyəcəklər”.
Посмотреть эту публикацию в Instagram
Aut.az
