Dünya futbolu

Braziliyada 3 günlük matəm elan edildi

Braziliya prezidenti Lula da Silva sosial şəbəkədə əfsanəvi braziliyalı futbolçu və məşqçi Mario Zaqallonun vəfatına münasibət bildirib.

Aut az xəbər verir ki, prezident ölkə daxilində matəm elan edib.

“Əbədi Mario Xorxe Lobo Zaqallonun xatirəsinə ölkədə üç günlük rəsmi matəm elan edilib”, – deyə prezident yazıb.

Zaqallo 4 dəfə dünya çempionu olub. O, buna 2 dəfə futbolçu (1958, 1962), sonra məşqçi (1970) və köməkçi məşqçi (1994) kimi nail olub.