Voleybol

Azərbaycanın çimərlik voleybolçuları Ermənistan təmsilçilərini məğlub edib

Azərbaycanın çimərlik voleybolçuları Ermənistan təmsilçilərini məğlub ediblər.

Aut.az xəbər verir ki, Gürcüstanın Tbilisi şəhərində təşkil olunan çimərlik voleybolu üzrə Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edən kişilərdən ibarət komandamız bu gün ilk oyununu keçirib.

Komandanın rəqibi Ermənistan təmsilçisi olub. Heydər Məmmədli/Nəriman Bayramlı cütü hər iki hissəni üstün başa vuraraq 2:0 (21:15, 21:13) hesabı ilə qalib qəlib.

Voleybolçularımızın növbəti rəqibi Ukrayna təmsilçiləri olacaq.