Formula 1

Formula 1 tarixi yarışla müqaviləni uzatdı: Başlama tarixi dəyişdi

Formula 1 Monako Qran Prisi ilə ən azı 2031-ci il daxil olmaqla təqvimdə qalacaq yeni müqaviləni imzalayıb.

Aut.az xəbər verir ki, eyni zamanda, F1 yarışın tarixini dəyişdirib. Son illərdə Monako mərhələsi mayın sonunda baş tuturdu. İndi isə iyunun ilk həftəsinə planlaşdırılıb.

Beləliklə, təşkilatçılar Kanada Qran Prisini mayın əvvəlinə keçirə biləcəklər ki, Mayami və Monrealdakı yarışlar ard-arda getsin və komandalar qısa müddət ərzində Avropadan Şimali Amerikaya iki dəfə uçmaq məcburiyyətində qalmasınlar.

Monako yarışı 1955-ci ildən keçirilir və ötmə çətinliyi səbəbindən yarışların darıxdırıcı olması ilə bağlı tənqidlərə baxmayaraq, Formula 1 üçün tarixi olaraq qalır.

Aut.az