Təsirli manşet: “Marca” əfsanəni belə yola saldı – FOTO
İspaniyanın nüfuzlu “Marca” qəzeti son sayının üz qabığını peşəkar karyerasını başa vurmuş “Böyük Dəbilqə”nin 22 qat çempionu, dünya tennisinin sabiq bir nömrəsi, ispaniyalı Rafael Nadala həsr edib.
Aut.az xəbər verir ki, uz qabığında kədərli Nadalın fotosu var, lakin səhifənin çox hissəsini “sağ ol, sağ ol, sağ ol, Rafa” ifadəsi tutur.
Nadalın sonuncu peşəkar turniri Devis Kuboku-2024-ün final hissəsi olub. Yarış çərçivəsində İspaniya yığması 1/4 finalda Niderlanda uduzub (1:2).

Aut.az
