Tennis

Alkaras ən yaxşıları seçdi: Mbappe, Lebron, Cokoviç…

İspaniyalı tennisçi Karlos Alkaras “Eurosport”un suallarını  cavablandırıb.

Aut.az xəbər verir ki, Karlos ən yaxşı hesab etdiyi idmançıların adlarını açıqlayıb.

– Hazırda futbolda bir nömrəli oyunçu kimdir?

– Hazırda Kilian Mbappeni çox bəyənirəm.

– Bəs basketbol?

– Lebron Ceyms, yoxsa Stiven Karri – seçim etmək çətindir. Sonra dostum Cimmi Batler deyərəm (gülür).

– Ən yaxşı Formula 1 pilotu?

– Mən Fernando Alonsonun böyük fanatıyam. Onun hazırda o qədər də yaxşı olmadığını başa düşürəm, amma yenə də bu seçimi edərdim. Əgər hazırda ən güclü kimin olduğunu deməli olsaydım, bu, Kimi Antonellidir. Mən həmçinin Çarlz Lekler və Lyuis Hemiltonu da bəyənirəm.

– Olimpiya tarixinin ən yaxşı idmançısı kimdir?

– Maykl Felpsi seçməliyəm.

– Qadın tennis tarixinin ən yaxşı oyunçusu?

– Serena Uilyams.

– Bəs kişilər arasında?

– Şübhəsiz ki, Cokoviç.

2026-cı ilin fevral ayında Alkaras Avstraliya Açıq Çempionatının qalibi oldu və karyerasında “Böyük Dəbilqə” turnirini (22 il 272 gün) qazana ən gənc oyunçu oldu və “Böyük Dəbilqə” titullarının ümumi sayını yeddiyə çatdırdı.

Aut.az