Tennisin əfsanəsi tələb edir: Bu qaydanı ləğv edin, faydasızdır
Müxtəlif kateqoriyalarda 59 “Böyük Dəbilqə” titulunun qalibi, əfsanəvi Çexoslovakiya və Amerika tennisçisi Martina Navratilova tennis qaydalarından birini dəyişdirməyi təklif edib.
Aut.az xəbər verir ki, keçmiş idmançı, top sağ kvadrata dəydikdə, servis toruna toxunduqdan sonra təkrarı ləğv etmək istəyir.
“Tora toxunmaq qaydasından əl çəkin. Bilirsiniz ki, bunu dəfələrlə demişəm. Amma heç kim heç nə etmir. Əl çəkin, faydasızdır!
Biz etirazı davam etdirməliyik. Əksər hallarda top yüngülcə tora toxunur. Biz oyunu davam etdirməli və matçın tempini artırmalıyıq”, – Navratilova BBC-yə verdiyi açıqlamada bildirib.
Aut.az
