Tennis

Məhkəmə əfsanəni təqsirli bildi: Ağır cinayət törədib

Qadın tennisinin sabiq bir nömrəsi Aranta Sançes Vikario məhkəmə tərəfindən şərti həbs cəzasına məhkum edilib.

Aut.az xəbər verir ki, İspaniyalı sabiq idmançı maliyyə fırıldaqlarında ittiham edilir.

Arantaidmandan 2002-ci ildə təqaüdə çıxıb. Peşəkar karyerası ərzində o, dörd Böyük Dəbilqə titulunu qazanıb. Bundan əlavə, o, cütlərin mübarizəsində də 6 yarışın qalibi olub. O, həm də hər iki kateqoriyada WTA reytinqinə liderlik edib.

52 yaşlı tennisçi karyerasını bitirdikdən sonra problemlər yaşamağa başlayıb. O, və keçmiş əri aktivlərini gizlətmək üçün əlbir olub. Bu hərəkətləri ilə onlar Lüksemburq bankına olan borclarını ödəməkdən yayınmaq istəyiriblər. Borc 7,6 milyon avro təşkil edib.

2009-cu ildə Barselonadan olan idmançı vergi fırıldaqçılığında ittiham olunub. 14 il Andorrada yaşadığını iddia edərək vergi ödəməyib. Ödənilməmiş vergilərin məbləği 5,2 milyon avro təşkil edib.

Böyük rüsumdan qaçmaq üçün ispan qadın və əri pullarını Lüksemburqdakı şəxsi hesablarından çıxarıblar. Buna baxmayaraq, Xəzinədarlıq gözlənilən məbləği hesablayıb və bununla da böyük borc yaranıb. Sonrakı illərdə Sançes Vikario aktivlərini gizlədib.

Keçmiş tennisçi ilə bağlı işə məhkəmədə baxılıb. O və keçmiş ortağı Lüksemburq bankına 6,6 milyon avroya qədər pul ödəməlidir. Bundan əlavə, sabiq tennisçi iki il müddətinə şərti həbs cəzasına məhkum edilib.

Bununla belə, o, həbsxanaya düşməyəcək. Məhkəmənin qərarına görə, iki il ərzində heç bir cinayət törətməməlidir. Bu baş verərsə, hökm dəyişdiriləcək.