Basketbol

Oyunlar 1 dəqiqəlik sükutla başlayacaq

Qarşıdakı Avroliqa oyunları Sankt-Peterburqun keçmiş basketbolçu Yanis Timmenin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayacaq.

Aut.az xəbər verir ki, bu barədə turnirin X sosial şəbəkəsindəki səhifəsi məlumat yayıb.

“Basketbol Avroliqası Latviya və dünya basketbol ictimaiyyəti ilə birlikdə Avroliqanın 16-cı və Avrokubokunun 12-ci turunun bütün oyunları başlamazdan əvvəl Yanis Timmanın vəfatı ilə əlaqədar onun xatirəsini 1 dəqiqə ehtiramla anacaq”, – deyə məlumatda bildirilir.

Latviyalı basketbolçunun meyiti Moskvanın mərkəzindəki evlərin birinin girişində tapılıb. İlkin məlumata görə, 32 yaşlı Timma intihar edib.

Aut.az