Messiylə bağlı sualdan yayındı: “Real” icazə vermir
“Real”ın hücumçusu Rodriqoya Braziliya – Argentina oyununda Lionel Messiylə arasında yaşanan münaqişə ilə bağlı jurnalistlərin suallarını cavablandırmağa çalışıb.
Aut.az xəbər verir ki, o, qəribə formada bəhanə gətirib:
“Messi? Onun haqqında danışa bilmərəm. “Real” mənə bunu etməyə icazə vermir”.
Bu sözlərdən sonra onu Madrid klubunun əməkdaşları miks zonadan uzaqlaşdırıblar.
Xatırladaq ki, Messi tribunada azarkeşlər arasında yaranan qarşıdurma səbəbindən komandasını soyunub-geyinmə otağına aparan zaman Rodriqo onları bu addımlarına görə qorxaqlıqda ittiham etmişdi. Superulduz forvard ona “Biz qorxaqıq? Biz dünya çempionuyuq, biz necə qorxaqıq? Danışığınıza diqqət edin” – deyə cavab vermişdi.
