Transferlərə ən çox pul hansı liqada xərcənib? – SİYAHI
İngiltərə Premyer Liqasında klubları 2025/26 mövsümünün qış transfer pəncərəsində yeni futbolçuların transferinə ümumilikdə təxminən yarım milyard avro xərcləyib – 453 milyon avro.
Aut.az xəbər verir ki, çempionat xərclərin həcminə görə böyük fərqlə birinci yerdə qərarlaşıb.
İtaliyanın A Seriyası klubları ümumilikdə 244 milyon avro xərcləyib və bu göstərici ilə ikinci olub. Üçüncü pillədə Braziliyanın A Seriyası yer alır – 202 milyon avro.
Digər aparıcı çempionatlarla müqayisədə Almaniya Bundesliqası və İspaniya La Liqası klublarının xərcləri xeyli az görünür: müvafiq olaraq 97 və 76 milyon avro.
2025/26 mövsümünün qış transfer pəncərəsində klubların ən çox xərc çəkdiyi liqalar:
453 milyon avro – Premyer Liqa (İngiltərə)
244 milyon avro – A Seriya (İtaliya)
202 milyon avro – A Seriya (Braziliya)
144 milyon avro – MLS (ABŞ)
105 milyon avro – Liqa 1 (Fransa)
97 milyon avro – Bundesliqa (Almaniya)
93 milyon avro – Səudiyyə Ərəbistanı Peşəkar Liqası
76 milyon avro – La Liqa (İspaniya)
71 milyon avro – Türkiyə Superliqası
59 milyon avro – Portuqaliya Liqası
Aut.az
