Əfsanəvi məşqçi öldü
Əfsanəvi italyan məşqçi Karlo Matsone 86 yaşında vəfat edib.
Aut.az xəbər verir ki, Matsone məşqçilik karyerasına XX əsrin 60-cı illərinin sonlarında başlayıb və 2006-cı ildə bitirib.
Təxminən 40 il ərzində müxtəlif – “Roma”, “Napoli”, “Fiorentina”, “Bolonya”, “Kalyari” və digər komandaları çalışdırıb. Baş məşqçi kimi mindən çox oyunda peşəkar səviyyədə çıxış edib ki, bunun da 792-si A Seriyasındadır ki, bu da İtaliya futbolu tarixində ən yüksək nəticədir.
Aut.az
