“İnter”də ciddi itki: İli başa vurdu
“İnter” klubunun müdafiəçisi Françesko Açerbi əzələ zədəsinə görə 2025-ci ilin qalan hissəsini buraxacaq.
Aut.az xəbər verir ki, bu zədəni o, Çempionlar Liqasının “Liverpul”la keçirilən oyununda (0:1) alıb. Bu barədə “Gazzetta dello Sport” məlumat.
2025/26 mövsümündə Açerbi bütün turnirlərdə 12 oyuna çıxıb və 1 qol ötürməsi verib. O, 2023-cü ilin iyulundan “İnter”də çıxış edir. Müqaviləsi 30 iyun 2026-cı ilədək nəzərdə tutulub.
Aut.az
