“Milan” “Çelsi”nin qapısını döydü
“Çelsi”nin hücumçusu Romelu Lukaku karyerasını “Milan”da davam etdirə bilər.
Aut.az xəbər verir ki, italyan jurnalist Canluka Di Marzionun sözlərinə görə, Milan klubu 31 yaşlı belçikalının mümkün icarəsi ilə bağlı londonlularla əlaqə saxlayıb.
Qeyd olunur ki, Lukakunun xidmətində əvvəllər forvardla “İnter”də çalışmış “Napoli”nin gələcək baş məşqçisi Antonio Konte də maraqlıdır.
Qeyd edək ki, Lukaku ötən mövsümü icarə əsasında “Roma”da keçirib, 47 matçda 21 qol vurub və 4 məhsuldar ötürmə verib.
Aut.az
