Çempionlar Liqasıİngiltərə

20 illik həsrət bitdi

“Arsenal” UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Atletiko”nu 1:0 hesabı ilə məğlub edib (ilk oyun – 1:1) və finala yüksəlib.

Aut.az xəbər verir ki, “topçular” tarixində ikinci dəfə, 2006-cı ildən sonra isə ilk dəfə Çempionlar Liqasının finalında oynayacaq.

2005/06 mövsümündə London klubu finalda “Barselona”ya 1:2 hesabı ilə uduzmuşdu.

Çempionlar Liqasının finalı mayın 30-da Budapeştdə yerləşən “Puşkaş Arena” stadionunda keçiriləcək. İkinci finalçı mayın 6-da baş tutacaq “Bayern” – PSJ matçında müəyyənləşəcək (ilk oyun – 4:5).

Aut.az