Dünya futboluİngiltərəİtaliya

Mançini Ərəbistandan gələn səxavətli təklifi rədd etdi: Bu səbəbdən

İtalyan məşqçi Roberto Mançini Səudiyyə Ərəbistanının “Əs-Sədd” klubundan gələn təklifi rədd edib.

Aut.az xəbər verir ki, Mançiniyə ildə 10 milyon avro dəyərində müqavilə təklif olunub, lakin o, Seriya A və ya İngiltərə Premyer Liqasındakı klubda işləmək istədiyi üçün bu təklifi qəbul etməyib.

Qeyd edək ki, Roberto Mançini 2018-ci ildən bəri klub səviyyəsində işləməyib. O, 2018-ci ildən sonra İtaliya və Səudiyyə Ərəbistanı milli komandalarını çalışdırıb və “Skuadra Adzurra” ilə Avro-2020-ni qazanıb.

Son vaxtlar Mançini “Fiorentina” ilə müqavilə imzalamaq ehtimalı ilə bağlı gündəmə gəlmişdi, lakin “violetlər”i digər İtalyan mütəxəssis Paolo Vanoli çalışdıracaq.

Aut.az