İngiltərəİspaniya

“Arsenal”a “Barsa”nın ulduzu lazımdır: İstənilən qiymətə

Londonun “Arsenal” klubu “Barselona”nın müdafiəçisi Jyulya  Kundeni almaq istəyir.

Aut.az xəbər verir ki, “Fichajes”in məlumatına görə, “topçular” daha əvvəl onu 40 milyon avroya almaq istəsələr də, indi əmiyyətli dərəcədə artıq ödəniş etməyə hazırdırlar.

London klubunun rəhbərliyi hesab edir ki, “Barselona” artıq ödənişə müqavimət göstərməyəcək və futbolçunu buraxacaq.

“Tranfsermarkt” internet portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 55 milyon avro qiymətləndirir. Futbolçunun kataloniyalılarla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bu mövsüm Kunde “Barselona”nın heyətində bütün turnirlərdə 24 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə verib.

Aut.az